Deputat: "Əli Kərimlinin məqsədi xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi"


Siyasət 03 İyl 2019 10:10:00 77 0

Deputat: "Əli Kərimlinin məqsədi xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi"

Əli Kərimlinin və onun komanda üzvlərinin sosial şəbəkələrdə ictimai asayişi kobud şəkildə pozan, qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə yardım məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar etmələri, bu bəsit oyunu həyata keçirməyə çalışmaları ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib.

Son.az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, cəmiyyət antimilli "siyasətçi" Əli Kərimlini yaxşı tanıyır və ona zərrə qədər də etibar etmir:

"Əli Kərimlinin, ilk növbədə, öz maraqlarını düşündüyü hamıya bəllidir. Siyasi fəaliyyəti tamamilə tükənən, əlləri hər yerdən üzülən AXCP sədri bu dəfə ən son varianta - "yardım kampaniyası" adı altında aksiyaya əl atdı və ümidi boşa çıxdı. Əslində, Əli Kərimlinin məqsədi ölkəmizin hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə qara yaxmaq, ən əsası xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi. Fəaliyyəti kimi rəhbərliyi də fırıldaq olan AXCP sədrinə qeyri-sabitlik, qarşıdurma lazım idi. Əks halda, Əli Kərimli və onun dəstəsi süni şəkildə ictimai narazılıq yaratmaq, müqavimət hərəkatı formalaşdırmaq və cəmiyyətdə mövcud olan sabitliyi pozmaq əvəzinə, narazı qaldıqları məhkəmə qərarları barədə hüquqi yolla aidiyyatı orqanlara müraciət edə bilərdi.

N.Həmzəyev xatırladıb ki, Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov özünün rəsmi "Facebook" səhifəsində "Silahlı Qüvvələrə yardım fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək" sərlövhəli paylaşım edərək Əli Kərimliyə və onun "komandasına" doğru yolu göstərib:

"Əli Əhmədov gözəl təşəbbüslə çıxış edib. Bildirib ki, müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblər mövcuddur. Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu var. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin. "Gəlin Ordumuza dəstək olaq" deyən baş nazirinin müavini YAP-ın üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib və öz aylıq əməkhaqqının 50 faizini Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb".

Deputat vurğulayıb ki, "vətən", "xalq" sözlərini əllərində bayraq edərək süni şəkildə ictimai narazılıq yaratmağa, sabitliyi pozmağa cəhd edən Əli Kərimli və onun "komandası"na Əli Əhmədovun bu təşəbbüsü tutarlı cavabdır:

"Bu gün ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edən, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyən xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri böyük ruh yüksəkliyi ilə bu təşəbbüsə qoşulublar".

Kaliforniyada ticarət mərkəzində ATIŞMA - 2 yaralı like
  • 03 İyl 10:08  
Digərləri Kaliforniyada ticarət mərkəzində ATIŞMA - 2 yaralı

ABŞ-ın Kaliforniya ştatında atışma baş verib.

arrow Ətraflı
"Ford Mustang"ın yaradıcısı vəfat edib  FOTO like
  • 03 İyl 10:05  
Dünya "Ford Mustang"ın yaradıcısı vəfat edib FOTO

"Ford Mustang" avtomobilinin yaradıcısı və "Chrysler" ko

arrow Ətraflı
Elman dayının kitab mağazası “bookcafe” olacaq  FOTO like
  • 03 İyl 10:01  
Digərləri Elman dayının kitab mağazası “bookcafe” olacaq FOTO

İçərişəhərdə kitab evi təmirə bağlanıb. İllərdir Elman dayının k

arrow Ətraflı
Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 dəfə artdı like
  • 03 İyl 09:56  
Digərləri Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 dəfə artdı

Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi ötən il təxminən 3 d

arrow Ətraflı
Geryenin komandası "Gold Cup"da mübarizəni dayandırdı like
  • 03 İyl 09:55  
İdman Geryenin komandası "Gold Cup"da mübarizəni dayandırdı

Qarabağ klubunun futbolçusu Donald Gerryenin çı

arrow Ətraflı
Bakıda avtobus sürücüsü onu söyən qadını döydü  FOTO like
  • 03 İyl 09:52  
Digərləri Bakıda avtobus sürücüsü onu söyən qadını döydü FOTO

Bakıda avtobus sürücüsü ilə qadın sərnişin arasında dava düşüb.

arrow Ətraflı
Deputat: Əli Kərimlinin məqsədi xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi like
  • 03 İyl 09:50  
Digərləri Deputat: Əli Kərimlinin məqsədi xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi

Əli Kərimlinin və onun komanda üzvlərinin bəsit oyunu həyata keçirməyə

arrow Ətraflı
BMTnin baş katibi Əfqanıstanda mülki şəxsləri müdafiə etməyə çağırıb like
  • 03 İyl 09:47  
Dünya BMTnin baş katibi Əfqanıstanda mülki şəxsləri müdafiə etməyə çağırıb

BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda münaqişə tərəflərini

arrow Ətraflı
Su bəndi dağıldı - Ölənlər və itənlər var like
  • 03 İyl 09:43  
Digərləri Su bəndi dağıldı - Ölənlər və itənlər var

Hindistanın Maxaraştra ştatında Tivare su bəndinin dağılması ağır fəs

arrow Ətraflı
Müsəlmanlığı qəbul edən müğənnidən təəccübləndirən paylaşım like
  • 03 İyl 09:38  
Digərləri Müsəlmanlığı qəbul edən müğənnidən təəccübləndirən paylaşım

ABŞ-lı aktrisa Lindsi Lohan sosial şəbəkə paylaşımı ilə diqqət çəki

arrow Ətraflı
"Ford Mustang"ın yaradıcısı Li Yakokka vəfat edib like
  • 03 İyl 09:37  
Digərləri "Ford Mustang"ın yaradıcısı Li Yakokka vəfat edib

"Ford Mustang" avtomobilinin yaradıcısı və "Chrysler" korporasiyasının sab

arrow Ətraflı
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı like
  • 03 İyl 09:34  
Siyasət Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində ni

arrow Ətraflı
İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri like
  • 03 İyl 09:26  
Digərləri İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 3 iyul tarixindən etibarən valyuta məzənnələr

arrow Ətraflı