Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 dəfə artdı


Digərləri 03 İyl 2019 09:56:06 189 0

Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 dəfə artdı

Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi ötən il təxminən 3 dəfə artaraq 450 milyon dollar təşkil edib.

Bakı. Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi ötən il təxminən 3 dəfə artaraq 450 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubov Belarusun Müstəqillik gününə həsr olunmuş diplomatik qəbulda deyib. Baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında əlaqələr siyasət, eləcə də iqtisadiyyatın maşınqayırma, neft-kimya sahələrində, həmçinin təhsil, tibb, mədəniyyət, gənclər siyasəti sahələrində uğurla davam edir.