BMTnin baş katibi Əfqanıstanda mülki şəxsləri müdafiə etməyə çağırıb


Dünya 03 İyl 2019 09:47:00 219 0

BMTnin baş katibi Əfqanıstanda mülki şəxsləri müdafiə etməyə çağırıb

BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda münaqişə tərəflərini mülki şəxsləri müdafiə etməyə çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "Baş katib iyulun biri Kabilin mülki şəxslərin yaşadığı rayonuna hücumdan qəzəblənib və dərindən kədərlənib. A.Quterreş Əfqanıstanda münaqişə tərəflərini mülki şəxslərin müdafiəsinə dair öhdəliklərinə əməl etməyə çağırıb".

Xatırladaq ki, iyulun 1-i Kabildə güclü partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər həlak olub, 105 nəfər isə yaralanıb (26 uşaq və 5 qadın).