Su bəndi dağıldı - Ölənlər və itənlər var


Digərləri 03 İyl 2019 09:43:15 214 0

Su bəndi dağıldı - Ölənlər və itənlər var

Hindistanın Maxaraştra ştatında Tivare su bəndinin dağılması ağır fəsadlara yol açıb.

Bakı. Hindistanın Maxaraştra ştatında Tivare su bəndinin dağılması ağır fəsadlara yol açıb. Trend-in məlumatına görə, azı 2 nəfərin öldüyü, 20-dən çox şəxsin isə itkin düşdüyü bildirilir. Su bəndinə yaxın 12 evin də tamamilə dağıldığı qeyd edilir. Hazırda hadisə yerində xilasedicilər çalışır, itkin düşmüş şəxslərin axtarışı istiqamətində iş aparılır.