"Ford Mustang"ın yaradıcısı Li Yakokka vəfat edib


Digərləri 03 İyl 2019 09:37:07 164 0

"Ford Mustang"ın yaradıcısı Li Yakokka vəfat edib

"Ford Mustang" avtomobilinin yaradıcısı və "Chrysler" korporasiyasının sabiq rəhbəri Li Yakokka ABŞ-da 94 yaşında vəfat edib

Bakı. "Ford Mustang" avtomobilinin yaradıcısı və "Chrysler" korporasiyasının sabiq rəhbəri Li Yakokka ABŞ-da 94 yaşında vəfat edib. Trend-in məlumatına görə, bu barədə Li Yakokkanın ailə üzvləri xəbər veriblər. "Ford Mustang"ın yaradıcısının ölüm səbəbi barədə məlumat verilmir. Qeyd edək ki, Li Yakokka "Ford Motor Company" şirkətinə 1946-cı ildə gəlib və 1978-ci ilə qədər orada çalışıb. Onu əfsanəvi "Ford Mustang"ın "atası" hesab edirlər. 1978-ci ildə Henri Ford tərəfindən işdən qovulan Li Yakokka "Chrysler" korporasiyasının rəhbəri olur və 1995-ci ilə qədər orada çalışır.