Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşib


Digərləri 03 İyl 2019 08:51:00 235 0

Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşib

"Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü" təsdiq edilib.

Son.az bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, "Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü" əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib

1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 67094,0 hektar;

2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona - 4404,0 hektar;

3) turizm və rekreasiya zonası - 25842,0 hektar;