Zığ şosesində QƏZA - Avtomobil mağazaya çırpıldı (FOTO)


Digərləri 03 İyl 2019 08:47:53 201 0

Zığ şosesində QƏZA - Avtomobil mağazaya çırpıldı (FOTO)

Zığ şosesində yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bakı. Samir Əli - Səhər saatlarında Xətai rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Trend-in məlumatına görə, hadisə "Nargilə" kafesinin yaxınlığında yerləşən ticarət mərkəzinin qarşısında baş verib. Hərəkətdə olan avtomobil idarəetməni itirərək mağazaya çırpılıb. Hadisə nəticəsində mağazanın fasadına və avtomobilə ziyan dəyib.