Pompeo: "ABŞ Qazaxıstanla strateji tərəfdaşlığı dəstəkləyir"


Dünya 03 İyl 2019 08:37:00 228 0

Pompeo: "ABŞ Qazaxıstanla strateji tərəfdaşlığı dəstəkləyir"

Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo və Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulov arasında görüş keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qazaxıstanlı nazirlə görüşdən sonra Mayk Pompeo öz "Twitter" səhifəsində yazıb: "ABŞ Qazaxıstanla geniş tərəfdaşlığı qətiyyətlə dəstəkləyir və prezident Qasım-Jomart Tokayev yeni hökuməti ilə münasibətlərimizin daha da möhkəmlənməsinə ümid edir".

Bundan əlavə, B.Atamkulov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonla da görüşüb. C.Bolton da öz növbəsində görüşdən sonra "Twitter" səhifəsində yazıb: "Qazaxıstan Mərkəzi Asiyada bizim üçün dəyərli tərəfdaşdır".