Tripolidə miqrantların qaldığı mərkəzə hava zərbəsi endirilib: 40 ölü, 80 yaralı


Dünya 03 İyl 2019 08:24:00 228 0

Tripolidə miqrantların qaldığı mərkəzə hava zərbəsi endirilib: 40 ölü, 80 yaralı

Liviyanın paytaxtı Tripolidə miqrantların qaldığı mərkəzə hava zərbəsi endirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava zərbəsi nəticəsində azı 40 nəfər həlak olub, təxminən 80 nəfər isə xəsarət alıb.

Mərkəzin nümayəndələri "Agence France-Presse"ə bildiriblər ki, hava zərbəsi Liviya Milli Ordusu tərəfindən həyata keçirilib.