Avstraliya sahillərində zəlzələ olub


Dünya 03 İyl 2019 08:19:00 228 0

Avstraliya sahillərində zəlzələ olub

Avstraliya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Olbani şəhərindən 1086 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.