Çayın qiyməti bahalaşdı - 40 faiz


Digərləri 03 İyl 2019 07:30:36 180 0

Çayın qiyməti bahalaşdı - 40 faiz

İranda iyunun 17-dən 1-ci dərəcəli çayın qiyməti 32%, 2-ci dərəcəli çayın qiyməti 40% bahalaşıb.

Bakı. Elnur Bağışov - İranda iyunun 17-dən 1-ci dərəcəli çayın qiyməti 32%, 2-ci dərəcəli çayın qiyməti 40% bahalaşıb. Trend-in məlumatına görə, bunu İranın Çay Təşkilatının sədri Həbib Cahansaz deyib. H.Cahansazın sözlərinə görə, təsərrüfatçılardan 1 kq 1-ci dərəcəli çay yarpağı 36 min rial (rəsmi məzənnə ilə 0,85 dollar, qara bazar məzənnəsi ilə 0,28 dollar), 2-ci dərəcəli çay yarpağı isə 22 min riala (rəsmi məzənnə ilə 0,52 dollar, qara bazar məzənnəsi ilə 0,17 dollar) satın alınır. Təşkilat rəsmisi əlavə edib ki, indiyədək 2,05 trilyon rial (təxminən 48 milyon dollar) dəyərində 63 min tondan çox çay yarpağı təsərrüfatçılardan satın alınıb: