NATO-nun iki gəmisi Qara dənizə daxil olub


Digərləri 03 İyl 2019 02:27:08 265 0

NATO-nun iki gəmisi Qara dənizə daxil olub

NATO-ya məxsus iki hərbi gəmi Qara dənizə daxil olub

Bakı. NATO-ya məxsus iki hərbi gəmi Qara dənizə daxil olub. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə monitorinq resursu "Bosphorus Observer" bildirir. Məlumatda deyilir ki, Böyük Britaniyanın "HMS Duncan" esminesi və Kanadanın "HMCS Toronto" freqatı Mərmərə dənizini keçib Qara dənizə daxil olublar. Gəmilər "Sea Breeze-2019" təlimlərində iştirak etmək üçün Ukraynaya yollanıblar.