BƏƏdə dünyada ən böyük qış parkı açılacaq


Digərləri 03 İyl 2019 00:45:00 238 0

BƏƏdə dünyada ən böyük qış parkı açılacaq

2020-ci ildə Birləşmiş ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə dünyada ən böyük örtülü tematik qış parkının açılması planlaşdırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni park Reem adasında 11,6 min kvadratmetr sahədə yaradılacaq və dəyəri 1,2 milyard dollar olan möhtəşəm "ReemMall" pərakəndə satış layihəsinin tərkib hissəsinə çevriləcək.

"Qarlı" parkın ərazisində bir neçə zona üzrə paylanmış 13 attraksion, "Blizzard's Bazaar" adlı bazar, buzlu labirintlərlə dolu qış bağı, habelə ecazkar qış meşəsində yaşayan heyvanların fiqurları ilə bəzədilmiş "Crystal Carousel" fəaliyyət göstərəcək. Bütün parkın başı üzərində ucalan "sehrli" ağac parkın mərkəzi elementi olacaq. Parkda ilboyu sabit temperatur mənfi 2 dərəcəyə bərabər olacaq.