Qiyamət əzabı kimlər üçündür?


Digərləri 02 İyl 2019 23:40:00 254 0

Qiyamət əzabı kimlər üçündür?

Təbərsi "Məcməul-bəyanda" yazır ki, Məaz ibni Cəbəl bir gün Peyğəmbərin (s) yanında əyləşmişdi. Birdən Məaz Həzrətə (s) deyir: "Ya Rəsulallah!". Sonra is bu ayəni təlavət edir: "Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz". ("Nəbə" 18).

"Mənə bu ayədən xəbər verin". Həzrət (s) buyurur: "Ey Məaz! Ən böyük məsələ haqqında soruşdun". Peyğəmbər (s) ağlayır və buyurur: "Ümmətindən on qrup dəstə-dəstə məhşur olarlar. Allah onları müsəlman ümmətindən ayırmışdır. Onların üzləri çox dəyişmişdir.

1. Bir qrupun üzü meymun kimi olacaqdır.

2. Bir qrupun üzü donuz kimi.

3. Bəzilərinin ayaqları yuxarıda və üzləri aşağıda olar və üzləri ilə məşhərə gələrlər.

4. Bəziləri kor olacaq və bu cür gedib-gələcəklər.

5. Bəziləri isə laldırlar.

6. Bəziləri dillərini çeynəyərlər. Ağız suları axmağa başlayar və Qiyamət əhli onları çirkin hesab edər.

7. Bəzilərinin əlləri və ayaqları olmaz.

8. Bəziləri atəşli ağaca asılmış halda olarlar.

9. Bəziləri murdardan da çox iylənmiş olarlar.

10. Bəzilrəinin əyninə qurğuşundan libas geyindirərlər ki, bütün bədənləri onunla örtülmüş olar. Bu paltar dərilərinə yapışar.

O kəslərin ki, üzü meymun üzüdür, o insanlardır ki, söz gəzdirərlər.

O kəslər ki, donuz sifətindədirlər, haram pul qazanarlar.

Tərsinə gəzənlər sələm yeyənlərdir.

Korlar isə zalım hakimlərdir.