Qətər əmirinin ailə üzvlərin qarət edilib


Dünya 02 İyl 2019 23:31:00 217 0

Qətər əmirinin ailə üzvlərin qarət edilib

İspaniyanın Barselona şəhərində Qətər əmirinin ailə üzvlərinin mehmanxana otağı qarət edilib.

Son.az Trend-ə istinadən bildirir ki, iyunun 29-u baş verən insident zamanı qarətçilər otaqdan 100 min avrodan artıq dəyəri olan zinyət əşyaları və saat oğurlayıblar.

Qeyd edilir ki, qarətçilər mehmanxanada yalnız sözügedən otağı qarət ediblər. Bu səbəbdən polislər hesab edirlər ki, qarətçilərin otaqda qalan şəxslər haqqında məlumatları olub.

Hazırda insidentlər bağlı araşdırma aparılır.