Putinin vizitkası satışa çıxarıldı


Digərləri 02 İyl 2019 22:46:00 259 0

Putinin vizitkası satışa çıxarıldı

"Avito" elanlar saytında Rusiya prezidenti Vladimir Putinə məxsus vizitka satışa çıxarılıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həmin vizitka Putinin Leninqrad meriyasında xarici əlaqələr komitəsinin sədrliyi dövrünə aiddir. Vizitkanı satışa çıxaran Viktor Pripisnova bu, Putini 30 il əvvəl tanıyan babasından qalıb.

Pripisnovun sözlərinə görə, babası vizitkanı şəxsən Putinin əlindən 1989-1990-cı illərdə Leninqrada səfəri zamanı alıb.

Vizitkaya hazırda təklif edilən maksimal məbləğ 55 min rubldur.