Yanında şaftalı adı çəkib və ya göstərsən, haldanhala düşür


Digərləri 02 İyl 2019 22:22:00 266 0

Yanında şaftalı adı çəkib və ya göstərsən, haldanhala düşür

Bəzi insanlar meyvə və tərəvəzlərə müxtəlif cür reaksiyalar verirlər və bədənləri bu qidalara qarşı çox həssas olur. Hətta allergiyaya tutulurlar. Ancaq növbəti süjetimizin qəhrəmanında bu həssaslıq pik nöqtədədir. Tovuz sakini Etibar Məmmədov şaftalının adını eşidəndə belə özünü idarə edə bilmir, haldan-hala düşür. Ramiz Məmmədov isə badımcana qarşı həssasdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yanında şaftalı adı çəkib və ya göstərsən, haldan-hala düşür.

Tovuz sakini, 35 yaşlı Etibar Məmmədov şaftalını görəndə, toxunanda, hətta adını belə eşidəndə qəribə hərəkətlər edir... Məsələn, onda qıcolma yaranır, huşunu belə itirir.

Etibar şirin bibərə qarşı da eyni reaksiyanı göstərir. Bu qeyri-iradi davranış onda 10-cu sinifdən sonra əmələ gəlib.

Etibar Məmmədov insanların arasında olanda belə kimsə şaftalının adını çəksə və ya özünü göstərsə, qeyri-adekvat reaksiya verir.