Bu əlamətlər varsa sizdə yağ çatışmır –


Digərləri 02 İyl 2019 22:05:00 249 0

Bu əlamətlər varsa sizdə yağ çatışmır –

İnsan orqanizmi elə mürəkkəb mexanizmdir ki, orda hər hansı element çatışmadıqda, sistemdə geriləmə başlayır. İnsanlara elə gəlir ki, yağ yemək zərərlidir, bədənə yağ lazım deyil, xüsusi qadınlar bunu piylənməyə, köklüyə bağlayıb, yağdan imtina edir.

Bu isə orqanizmdə yağ defisiti yaradıb,bir çox pozulmalara səbəb olur.

Son.az medicina.az-a istinadən orqanizminizdə yağ çatışmazlığını göstərən əlamətləri təqdim edir.

1.Daim aclıq hissi, qarşısı alınmaz iştaha

Məhz yağlar, xüsusən doymuş yağlar aclıq hissini nəzarətdə saxlayır. Yağ çatışmazlığı insanda toxluq hissini öldürür, o daim ac olduğunu düşünüb, çox yeyir.

Çoxları dieta zamanı yağsızlıqdan əziyyət çəkdiyi üçün aclıq hiss edir, ona görə dietanı pozaraq, yeməyə qayıdır. Beləcə, insan daim bu problemin əsirinə çevrilir. Yağ həm də qanda qlükozanın səviyyəsini saxlayır ki, bu da arıqlamağa və az yeməyə təkan verir

2.Quru, cansız, solğun dəri

Sağlam dəri təmiz, parlaq, işıqlı olmalıdır. Quru,solğun, parlaq olmayan dəri orqanizmdə faydalı yağların çatışmadığını göstərir. Ona görə qoz, fındıq, kətan yağı, balıq yağı və avokado yeməlisiz. 15 gün sonra nəticəni görəcəksiz.

3.Qırılan nazik dırnaq və saçlar

Yağsız qidalar, pəhrizlər saçlara, dırnaqlara, sümüklərə zərbə vurur

4.Soyuq və titrəmək

İsti aylarda da titrəmək, əl-ayağın buz olması, soyuq hiss etmək o deməkdir ki, orqanizmdə kəskin yağ defisiti var. Məhz yağlar orqanizmin istilik sistemini tənzimləyir

5.Yorğunluq, halsızlıq

Səhər tezdən yorğunluq, bir iş görməmiş halsızlıq o deməkdir ki, qanında qlükoza bir normada qalmır, qalxır, enir. Bunun üçün də yağ lazımdır.