Allah şeytanı niyə məhv etmir?


Digərləri 02 İyl 2019 21:40:00 236 0

Allah şeytanı niyə məhv etmir?

İblis (lən) Allaha pərəstiş edən cinlərdən idi ki, minillərlə ibadət əhlindən olmuşdur. O zaman ki, üsyan edir və Allaha itaətsizlik edir, İlahi dərgahdan qovulur. Bu zaman Allahdan möhlət istəyir. Allah Təala ədalətli olduğu üçün ona möhlət verir. (Tebyan)

Şeytan (lən) - çox pis varlıqdır, insanın düşmənidir. Allah da bunu bilir ki, şeytan üsyankar və itaətsizdir. Bəs niyə onu məhv etmir?

Qurana nəzər salan zaman görmək olur ki, insanı haqq yolundan azdıran hər bir şeyə şeytan deyilir. Lakin İblis sözü ancaq Allah dərgahından qovulan şeytana aid edilir.

Allah Qadirdir və istəsə, İblisi məhv edə bilər. Lakin Allah ona müəyyən günə qədər möhlət vermişdir, bəs niyə?

1. Şeytan Allahpərəst olmuşdur və abidlərdən idi. Allah ona görə ona möhlət verir ki, bəşər də onun kimi üsyan edən zaman, ondan fərqli olaraq tövbə etməyi bacarsın. Yəni, etdiyi pis işləri tövbə və istiğfarın vasitəsilə aradan qaldırmağı öyrənsin.

2. Şeytan öz vəsvəsələri ilə insanın tərəqqi etməsinə səbəb olar. Son.az deyerler.org-a istinadən bildirir ki, insan azadlıq kimi bir nemətdən bəhrələnir. İxtiyar sahibi olmaq o zaman mümkün olur ki, həm xeyir olsun, həm də şər. İnsan hər an iki yol ayrıcında qərar tutar: dünya və axirət, din və imansızlıq kimi. Peyğəmbərlər (ə) insanlara düz yolu göstərmişdir və insan da öz iradəsi ilə öz yolunu seçər. Belə ki, əgər insan saleh əməlləri ilə dünya tarlasını becərərsə, ürəyi hər cür ələf və otdan pak olar. Niyyəti xalis olar və kamala tərəf can atar. Ancaq əgər Allaha pənah aparmazsa, şeytanın ardınca gedərsə, onun tələsinə düşər. Nəticədə vəsvəsələrinin əsiri olar və bu insanın gələcəyi yoxdur.