Günəş tutulması başlayıb


Dünya 02 İyl 2019 21:27:00 232 0

Günəş tutulması başlayıb

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayıb və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.