Kanada nümayəndəsi: "Bakıdakı UNESKO Ümumdünya İrs Komitəsinin sessiyası böyük əhəmiyyət daşıyır"


Siyasət 02 İyl 2019 20:47:00 173 0

Kanada nümayəndəsi: "Bakıdakı UNESKO Ümumdünya İrs Komitəsinin sessiyası böyük əhəmiyyət daşıyır"

Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünya mədəni irsinin mühafizəsi və bunun gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu sessiyada iştirak edən Kanada nümayəndəsi Mark Qustafson deyib.

O qeyd edib ki, Bakı Şərqlə Qərbin inanılmaz birliyidir: "Şəhər mənim gözləntilərimi üstələdi. Tədbirin təşkilatçılığı, xüsusilə də açılış mərasimi məni heyran etdi".

Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.