Bağban işlədiyi evin sahibini və arvadını öldürüb


Kriminal 02 İyl 2019 20:01:00 213 0

Bağban işlədiyi evin sahibini və arvadını öldürüb

Bakı Apelyasiya Məhkəməsində iki nəfəri qətlə yetirməkdə təqsirli bilinən İlqar Xancanovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da təmin edilməyib.

Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanıb.

İttihama görə, ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Tanınmış həkim A.Şuşalı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.