Avstraliyada yeni hörümçək tapıldı


Dünya 02 İyl 2019 19:54:00 251 0

Avstraliyada yeni hörümçək tapıldı

Avstraliyada bioloqlar yeni növ hörümçək aşkar ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, hörümçəyin qeyri-adi görünüşü bioloqlara bu il vəfat etmiş modelyer Karl Lagerfeldi xatırladıb.

Qeyd olunur ki, hörümçəyin göy-qara gözləri modelyerin daim taxdığı gözlüyə, ayaqlarının ucundakı ləkələr isə qara əlcəklərə bənzəyir.

Bunu əsas gətirərək bioloqlar yeni tapılan hörümçək növünə "Jotus karllagerfeldi" adını veriblər.