Müşahidəçi: "Bakıda bir sıra vacib qərarlar qəbul edilə bilər"


Siyasət 02 İyl 2019 19:37:00 232 0

Müşahidəçi: "Bakıda bir sıra vacib qərarlar qəbul edilə bilər"

UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bir sıra vacib qərarlar qəbul edilə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu çilili müşahidəçi Aleks Vetsix sessiya zamanı deyib.

Müşahidəçinin sözlərinə görə, Çilidəki qəbirüstü daşların təhlükədə olan ümumdünya irs obyektləri siyahısından çıxarılması məsələsi həllini tapa bilər.

O bildirib ki, tədbirin təşkilatçılığı yüksək səviyyədədir.

Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.