İsrailin 71 illik, dünyanı silkələyəcək sirri açıldı


Dünya 02 İyl 2019 18:54:00 205 0

İsrailin 71 illik, dünyanı silkələyəcək sirri açıldı

Sahib olduğu nüvə silahları haqqında beynəlxalq ictimaiyyətə bilgi verməyən İsrailin 80-90 arasında nüvə başlığı var.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları Universiteti (SIPRI) bildirib.

SIPRI-nin nüvə gücü bilgiləri ilə bağlı yayınmladığı hesabatda bildirilib ki, 2018-ci ilin əvvəlindən bəri dünya miqyasında nüvə silahlarının sayında azalma var. Lakin bu silahların modernizasiyası davam edir və nüvə müharibəsi riski artır.

Həmçinin qeyd edilib ki, İsrailin əlindəki nüvə silahlarının 30-a qədəri döyüş təyyarələrinin daşıdığı lazersiz bomba formasındadır. 50-yə yaxını isə ortamənzilli ballistik raketlə daşınan nüvə başlığıdır. Universitetin əlində İsrailin Almaniyadan aldığı "Dolphin" adlı sualtı gəmilərində nüvə başlığı taxılan və dənizdən göndərilən kruiz raketlərini daşımaq üçün bəzi dəyişikliklər edildiyinə dair bilgilər də var.

SIPRI-nin hesabatında ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın ümumlikdə, 2018-ci ildə 14 min 465 nüvə silahına sahib olduğu, bu ilin əvvəlində isə 13 min 865-ə düşdüyü bildirilib.

Dünya miqyasında nüvə sayında yaşanan geriləmədə ABŞ və Rusiyanın böyük faydası var. ABŞ ötən il 6 min 450 silaha malik olubsa, bu il bu rəqəm 6 min 185-ə düşüb. Rusiyada isə 6 min 850 rəqəmi 6 min 500 olub. Bu iki ölkə dünya miqyasında olan nüvə silahının 90%-nə malikdir.

İngiltərə 215 nüvə silahını azaldaraq 200-ə salıb. Çin isə tam əksinə 280 nüvə silahını artırıb və 190-a çatdırıb. Pakistan 140-150-dən 150-160-a qaldırdığı halda, Şimali Koreya 10-20-dən 20-30-a çatdırıb. Fransa və Hindistan nüvə silahı sayında dəyişiklik etməyib. Parisin 300, Dehlinin 130-140 nüvə silahı var.

İSRAİLİN NÜVƏ SİLAHI SİRRİ

Nüvə Silahlarının Yayılmasının Əngəllənməsi Anlaşmasına (NPT) tərəf olmayan İsrailin nüvə proqramının "çox gizli" olması və rəsmi şəkildə heç bir bilginin olmaması səbəbilə bu ölkənin nüvə silahları ilə bağlı bilgilər təxmin edilir.

İsrail hökuməti nüvə silahına sahib olub-olmaması ilə bağlı bilgi verməsə də, bu ölkənin silahlara sahib olması məsələsində beynəlxalq ictimaiyyətdə tərəddüd yoxdur. Beynəlxalq mətbuatın məlumatına görə, 1948-ci ildə qurulduqdan sonra İsrail nüvə silahına sahib olmaqla bağlı qərar qəbul edib. 1952-ci ildə atom enerjisi komissiyası qurulub və bir neçə il sonra Fransanın köməyilə nüvə silahı proqramı başladılıb. Bu çərçivədə 1958-ci ildə Nəcəf çölündə Nəcəf Nüvə Araşdırma Mərkəzinin inşasına başlandı. 1962-1964-cü illərdə inşa prosesi tamamlandı. İsrail bu mərkəzin elmi araşdırmalar üçün qurulduğunu deyir. Lakin dünya mərkəzin nüvə maddələrinin istehsalı üçün qurulduğunu iddia edir. Təxminlərə görə, İsrail ilk nüvə silahını 1965-1968 illəri arasında əldə edib.