Aygün Kazımova məşhur cütlüyün evini aldı


Şou-biznes 02 İyl 2019 18:37:00 258 0

Aygün Kazımova məşhur cütlüyün evini aldı

Xalq artisti Aygün Kazımova məşhur teleaparıcı cütlük Zaur və Günay Baxşəliyevlərin mənzilini alıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu şad xəbəri müğənni özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Baxşəliyevlər ailəsi öz verilişlərinin növbəti mövsümünü qeyri-adi şəkildə bağlamaq üçün Aygün Kazımovanı dəvət ediblər. Müğənni müsahibə verib, mahnı oxuyub. Amma verilişdə aparıcılar üçün gözlənilməz hadisə də baş verib. Müğənni onların mənzilini almaq istədiyini bəyan edib.

Aygün Instagramda "Zaur və Günayın evini aldıqdan sonra çox mutluyam" - yazıb. Müğənni mənzilə nə qədər vəsait ödədiyini açıqlamaqdan imtina edib. Deyib ki, mənzilin neçəyə alındığını, neçəyə satıldığını, kimin qabağa düşdüyünü, kimin uduzduğunu yalnız sentyabrda (verlişin yeni mövsümündə) açıqlayacaqlar.