Əlcəzair Parlamentinin sədri Buşareb istefa verdi


Dünya 02 İyl 2019 18:24:00 254 0

Əlcəzair Parlamentinin sədri Buşareb istefa verdi

Əlcəzair Milli Məclisinin (Parlament) sədri Muad Buşareb istefa verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yaxın 15 gün ərzində parlamentə Abdarrazak Tariş rəbərlik edəcək.

M.Buşarebin istefasının səbəbləri isə açıqlanmır.

Qeyd edək ki, aprelin 2-də Əlcəzair Prezidenti Əbdüləziz Buteflik ölkədə baş verən etiraz mitinqləri fonunda istefa vermişdi.