I və IV qruplar üzrə qəbul imtahanlarının


Digərləri 02 İyl 2019 17:54:00 277 0

I və IV qruplar üzrə qəbul imtahanlarının

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar", "Naxtel") vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 24028 abituriyentdən 298 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 7 abituriyent (Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, 61 saylı orta məktəb, Zaqatala rayonu 3 saylı şəhər orta məktəbi, İmişli rayonu 1 saylı şəhər məktəb-liseyi, Mingəçevir şəhəri 8 saylı şəhər orta məktəbi, Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, Bərdə rayonu 5 saylı şəhər orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.