Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri MƏHKƏMƏDƏ


Digərləri 02 İyl 2019 17:51:00 213 0

Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri MƏHKƏMƏDƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "200" MTK-nın rəhbəri Etibar Fərziyev və onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "200" MTK-nın rəhbəri Etibar Fərziyev və onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Fərziyev 10 il, E.Əliyev 3 il azadlıqdan məhrum edilib. R.Şükürov və A.Ağalarov isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.