Bakıda xəstəxanada oğurluq edən qadın tutuldu


Kriminal 02 İyl 2019 17:19:00 162 0

Bakıda xəstəxanada oğurluq edən qadın tutuldu

Bakıda qadının çantasından 1500 manatdan artıq pul oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Lökbatan qəsəbəsi ərazisindəki xəstəxanaların birində Bakı şəhər sakini Ş.Xəlilovanın çantasından 1530 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Quliyeva saxlanılıb.