İsaqzai: "Azərbaycan BMTnin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük uğurlar əldə edib"


Siyasət 02 İyl 2019 17:09:00 209 0

İsaqzai: "Azərbaycan BMTnin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük uğurlar əldə edib"

"Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində böyük uğurlar əldə edib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma portalının təqdimat mərasimində deyib.

Q.İsaqzai bildirib ki, Azərbaycanda DİM-in milliləşdirilməsi prosesi gedir və bu, çox yaxşı haldır.

Q.İsaqzai vurğulayıb ki, BMT DİM-lərin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir.

BMT rəsmisi qeyd edib ki, Milli Məlumatlandırma Portalının istifadəyə verilməsi DİM-lərin həyata keçirilməsi istiqamətində mühüm addımdır.