Ramil tibbi müayinədən uğurla keçdi


İdman 02 İyl 2019 17:00:00 247 0

Ramil tibbi müayinədən uğurla keçdi

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın Dinamo klubunda tibbi baxışdan uğurla keçib.

Goal.az sport24.ru saytına istinadən xəbər verir ki, 23 yaşlı forvardın səhhətindən və fiziki durumunda heç bir problem aşkarlanmadığı üçün onunla müqavilə bağlanılacaq.

Şeydayev ötən mövsümü Rusiyanın Krylya Sovetov klubunda keçirib. Müqaviləsinin müddəti bitdiyi üçün Samara təmsilçisindən ayrılan forvard Premyer Liqada keçirdiyi 18 oyunda 4 qol vurub.

Qeyd edək ki, Dinamo son mövsümdə 33 xalla 12-ci yeri tutub.