Avstraliya nümayəndəsi: Bakı gözəl şəhərdir


Digərləri 02 İyl 2019 17:08:33 161 0

Avstraliya nümayəndəsi: Bakı gözəl şəhərdir

Bakıda keçirilən UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünya mədəni irsinin qorunması üsullarını müzakirə etmək üçün dünyanın hər yerindən mütəxəssisləri toplamış vacib tədbirdir

Bakı. Sara İsrafilbəyova - Bakıda keçirilən UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünya mədəni irsinin qorunması üsullarını müzakirə etmək üçün dünyanın hər yerindən mütəxəssisləri toplamış vacib tədbirdir. Trend-in məlumatına görə, bunu Avstraliyanın Dəniz faunasının mühafizəsi cəmiyyətinin nümayəndəsi İmocen Zethoven sessiya zamanı deyib. O, Bakı şəhərinin gözəlliyindən heyrətləndiyini deyib: “Bakı gözəl şəhərdir. Müasir və qədim memarlıq bir-birilə gözəl uyğunluq təşkil edir. Mən buraya bir daha gəlməyə ümid edirəm”. O, həmçinin əlavə edib ki, tədbir yüksək səviyyədə təşkil olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin