Tahir Budaqov: Çoxuşaqlı ailələrin azalma tendensiyası Azərbaycanda da var


Digərləri 02 İyl 2019 16:57:00 194 0

Tahir Budaqov: Çoxuşaqlı ailələrin azalma tendensiyası Azərbaycanda da var

Azərbaycanda demoqrafik vəziyyət dünyanın əksər ölkələri ilə müqayisədə müsbətdir.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda demoqrafik vəziyyət dünyanın əksər ölkələri ilə müqayisədə müsbətdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. T.Budaqov bildirib ki, Azərbaycanda doğum səviyyəsi ölüm səviyyəsindən xeyli yüksəkdir: “Bu da ölkədə əhalinin artımını təmin edir. Ancaq çoxuşaqlı ailələrin azalma tendensiyası Azərbaycanda da var. Ancaq artım davam edir və ona görə də aprel ayında əhalinin sayı 10 milyonu keçib”.