Parlamentin təcili növbədənkənar sessiyası ilə bağlı xəbərlərə aydınlıq gətirilib


Siyasət 02 İyl 2019 16:49:00 238 0

Parlamentin təcili növbədənkənar sessiyası ilə bağlı xəbərlərə aydınlıq gətirilib

Milli Məclisin iyul ayı üçün təcili növbədənkənar sessiya çağırdığı barədə yayılan xəbərlərə aydınlıq gətirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, parlamentin heç bir təcili iclası olmayacaq.

A.Təvəkküloğlunun sözlərinə görə, sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək:

"İyulun 9-12-si üçün növbəti iclasların keçirilməsi gözlənilir".

Xatırladaq ki, iyunun 13-14-də və 27-də parlamentin növbədənkənar iclasları olub.