Çempionlar Liqası iştirakçıları səbətlərə bölündü


İdman 02 İyl 2019 16:38:00 231 0

Çempionlar Liqası iştirakçıları səbətlərə bölündü

İyulun 4-də Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılacaq.

Goal.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, əvvəlcədən də bildirildiyi kimi, 4 ölkə - İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan hərəyə 2 təmsilçi ilə mübarizə aparacaq.

Son qalib “Sportinq” də daxil olmaqla həmin 8 klub yüksək reytinqə malik olduqlarından, onlar əsas mərhələdən yarışa qoşulacaqlar.

İlkin mərhələ

İlkin mərhələnin oyunları avqustun 27-dən sentyabrın 1-dək keçiriləcək. Ümumilikdə cari mövsümdə iştirak edəcək 57 klubdan 34-ü ilkin mərhələdə iştirak edəcək. Komandalar 9 qrupa bölünəcəklər ki, onlardan 7-də 4, 2-də isə 3 iştirakçı yer alacaq. Ancaq qrup qalibləri əsas mərhələdə oynamaq hüququ qazanacaq.

A yolu

Əsas mərhələnin oyunları oktyabrın 8-dən 13-dək keçiriləcək. Burada komandalar A və B yoluna bölünəcəklər. Belə ki, son qalib “Sportinq”dən əlavə, reytinq cədvəlində ilk “11-lik”də yer alan komandalar, eləcə də 16-cı yerdən 19-a qədər olan 16 iştirakçı bu yolda yarışacaq. Bura “Kayrat”, “Barselona”, “Benfika” kimi keçmiş qaliblər, eləcə də 2008-ci ildə finalçı olmuş “Mursia”, 2010 və 2014-cü illərdə bürünc medal qazanmış “Araz” da daxildi.

Əvvəlcədən də müəyyənləşdirildiyi kimi, 4 klub qrup oyunlarına ev sahibliyi edəcəklər ki, onların kimliyi artıq UEFA tərəfindən təsdiqlənib. Bu o deməkdi ki, həmin komandalar fərqli qruplarda yer alacaqlar.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna təmsilçiləri eyni qrupda yer almayacaq. Bu o deməkdi ki, “Xerson” (Ukrayna) Rusiyanın “Tümen” və KPRF klubları ilə bir qrupda olmayacaq.

A yolundakı qrupların hər birindən elit-raunda 3 komanda vəsiqə qazanacaq. Onu da qeyd edək ki, “Araz” Rusiyanın “Tümen” və KPRF, eləcə də Sloveniyanın “Dobovec” klubu ilə eyni qrupda yer almayacaq. Çünki onlar da “Araz” kimi yer alacaqların qrupun 3-cüsüdülər.

B yolu

B yolunda isə reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində qərarlaşmış 7 klub, onlara ilkin mərhələnin qalibi kimi qoşulacaq 9 komanda mübarizə aparacaq. Burada da 16 komanda 4 qrupda yarışacaq. Əvvəlcədən evsahibliyi təsdiqlənmiş klublar fərqli qruplarda yer alacaqlar. Elit-raunda ancaq qrup qalibləri vəsiqə qazanacaqlar.

Eli-raund və “Dördlər finalı”

Elit- raundda 16 klub mübarizə aparacaq. İştirakçılar oktyabrın 18-də keçiriləcək püşklə 4 qrupa bölünəcəklər. Noyabrın 19-dan 24-dək keçiriləcək bu mərhələdə ancaq qrup qalibləri (cəmi 4 komanda) “Dördlər finalı”nda iştirak edəcək. Final mərhələsi isə 2020-ci ilin aprelində təşkil ediləcək.

İlkin mərhələ

Səbət 1 – ev sahibləri

Hovocubo (Niderland) – qrupda 1-ci sıra

Omonia Nicosia (Kipr) – qrupda 2-ci sıra

Şkupi 1927 (Makedoniya) – qrupda 2-ci sıra

Varna Sity (Bolqarıstan) – qrupda 2-ci sıra

Sjarmtrollan İdrettslaq (Norveç) – qrupda 2-ci sıra

Allstars Wiener Neustadt (Avstriya) – qrupda 2-ci sıra

KMF Titograd (Monteneqro) – qrupda 3-cü sıra

AEK Futsal Club (Yunanıstan)* – qrupda 3-cü sıra

SMS Viimsi (Estoniya)* – qrupda 4-cü sıra

Səbət 2 – qrupda 4-cü sıra

Blue Magic FC Dublin (İrlandiya)

Encamp (Andorra)

Fiorentino (San Marino)*

Vængir Júpiters (İslandiya)*

Sparta Belfast (Şimali İrlandiya)*

PYF Saltires (Şotlandiya)

Səbət 3 – qrupda 3-cü sıra

Dinamo Kişinyov (Moldova)

Lynx FC (Cəbəllütariq)

Makkabi Nahalat Yitzhak Tel-Aviv (İsrail)

KF Tirana (Albaniya)

Racing Futsal Luxembourg (Lüksemburq)

Kardiff University (Uels)

Gazi Üniversitesi (Türkiyə)

Səbət 4 – qrupda 2-ci sıra

Futsal Minerva (İsveçrə)

Futsal Gentofte (Danimarka)

Toulon Elite (Fransa)*

London Helvecia (İngiltərə)

Səbət 5 – qrupda 1-ci sıra

Leo (Ermənistan)

Miercurea Ciuc (Rumıniya)*

Pinerola Brastislava (Slovakiya)

Lokomotiv Daugavpils (Latviya)*

Georgians (Gürcüstan)

Luxol St. Andrews (Malta)

TSV Weilimdorf (Almaniya)*

Kampuksen Dinamo (Finlandiya)

Əsas mərhələ

B yolu

Səbət 6 – ev sahibləri

Stalitsa Minsk (Belarus) – qrupda 1-ci sıra

Novo Vrijeme Makarska (Xorvatiya) – qrupda 1-ci sıra

Sparta Praqa (Çexiya)* – qrupda 2-ci sıra

Uddevalla (İsveç) – qrupda 2-ci sıra

Səbət 7 – qrupda 4, 3 və 2-ci sıra

İlkin mərhələdə qrup qalibləri

Səbət 8 – qrupda 2-ci sıra

Liburn (Kosovo)

Səbət 9 – qrupda 1-ci sıra

Pesaro (İtaliya)*

Record Bielsko-Biała (Polşa)

A yolu

Səbət 10 – ev sahibləri

Halle Gooik (Belçika) – qrupda 2-ci sıra

Dobovec (Sloveniya) – qrupda 3-cü sıra

Berettyoujfalu (Macarıstan) – qrupda 4-cü sıra

Vytis (Litva) – qrupda 4-cü sıra

Səbət 11 – qrupda 4-cü sıra

Xerson (Ukrayna)

Mostar SG (Bosniya və Herseqovina)

Səbət 12 – qrupda 3-cü sıra

Tümen (Rusiya)*

KPRF (Rusiya)*

Araz Naxçıvan (Azərbaycan)

Səbət 13 – qrupda 2-ci sıra

Murcia FS (İspaniya)

Ekonomac Kragujevac (Serbiya)

Ayat (Qazaxıstan)*

Səbət 14 – qrupda 1-ci sıra

Sportinq CP (Portuqaliya, holders)

Barselona (İspaniya)

Kayrat (Qazaxıstan)

Benfika (Portuqaliya)

Qeyd: Qarşısında ulduz olan komandalar yarışın debütantlarıdır.