Azərbaycan neft hasilatının daha 9 ay azaldılması ilə bağlı sənədi imzalayıb (FOTO)


Digərləri 02 İyl 2019 16:10:00 174 0

Azərbaycan neft hasilatının daha 9 ay azaldılması ilə bağlı sənədi imzalayıb (FOTO)

Neft hasilatının daha 9 ay azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannaməsi”ni və uzunmüddətli “Əməkdaşlıq Xartiyası”nı Azərbaycan da imzalayıb

Bakı. Neft hasilatının daha 9 ay azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannaməsi”ni və uzunmüddətli “Əməkdaşlıq Xartiyası”nı Azərbaycan da imzalayıb Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub. Tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü “OPEC plus” əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib: “OPEC və qeyri-OPEC ölkələri arasında “Əməkdaşlıq Xartiyası” sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcəkdir”.