Avstraliyada yeni hörümçək tapıldı - Adını nə qoydular?


Digərləri 02 İyl 2019 16:01:20 236 0

Avstraliyada yeni hörümçək tapıldı - Adını nə qoydular?

Avstraliyada bioloqlar yeni növ hörümçək aşkar ediblər

Bakı. Avstraliyada bioloqlar yeni növ hörümçək aşkar ediblər. Trend-in məlumatına görə, hörümçəyin qeyri-adi görünüşü bioloqlara bu il vəfat etmiş modelyer Karl Lagerfeldi xatırladıb. Qeyd olunur ki, hörümçəyin göy-qara gözləri modelyerin daim taxdığı gözlüyə, ayaqlarının ucundakı ləkələr isə qara əlcəklərə bənzəyir. Bunu əsas gətirərək bioloqlar yeni tapılan hörümçək növünə “Jotus karllagerfeldi” adını veriblər.