İsaqzai: Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük uğurlar əldə edib


Digərləri 02 İyl 2019 15:50:00 211 0

İsaqzai: Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük uğurlar əldə edib

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində böyük uğurlar əldə edib.

Bakı. Elçin Mehdiyev - Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində böyük uğurlar əldə edib. Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma portalının təqdimat mərasimində deyib. Q.İsaqzai bildirib ki, Azərbaycanda DİM-in milliləşdirilməsi prosesi gedir və bu, çox yaxşı haldır. Q.İsaqzai vurğulayıb ki, BMT DİM-lərin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir. BMT rəsmisi qeyd edib ki, Milli Məlumatlandırma Portalının istifadəyə verilməsi DİM-lərin həyata keçirilməsi istiqamətində mühüm addımdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin