Barcelona Dembele üçün 70 milyonluq təklifi rədd etdi


İdman 02 İyl 2019 15:49:00 249 0

Barcelona Dembele üçün 70 milyonluq təklifi rədd etdi

Barcelona-nın vingeri Usman Dembele Bayern Munich-in maraq dairəsindədir.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, Münhen klubu bununla bağlı qarşı tərəfə ilk təklifini göndərib.

Belə ki, almanlar Fransa millisinin üzvünün keçidi üçün 70 milyon avro təklif edib. Lakin Kataloniya təmsilçisi düşünmədən rədd cavabı verib. İspanlar 22 yaşlı hücumameyilli oyunçusunu minimum 95 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, 2017-ci ildə Dortmund Borussia-sından alınan Usman Dembele Barcelona-ya 125 milyon avroya başa gəlib.