Bu ərazilərdə suyun verilməsində məhdudiyyət olacaq


Digərləri 02 İyl 2019 14:44:00 232 0

Bu ərazilərdə suyun verilməsində məhdudiyyət olacaq

Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Son.az-a "Azərsu" ASC-dən bildirilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.