UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərgi açılıb


Digərləri 02 İyl 2019 14:40:00 172 0

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərgi açılıb

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərginin açılış mərasimi keçirilib.

Bakı. Elçin Mehdiyev - Bu gün UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərginin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, sərgidə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Qırğız Respublikası Xarici İşlər nazirinin müavini Nuran Niyazəliyev çıxış ediblər. Nuran Niyazəliyev çıxışında Azərbaycan və Qırğızıstan arasında münasibətlərə toxunub: "İki qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq hər zaman uğurla aparılıb. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk".