İndoneziya nümayəndəsi: "Azərbaycan tarixi abidələrin qorunması üçün vacib addımlar atır"


Siyasət 02 İyl 2019 14:27:00 222 0

İndoneziya nümayəndəsi: "Azərbaycan tarixi abidələrin qorunması üçün vacib addımlar atır"

"Azərbaycan dünya mədəni və tarixi abidələrinin qorunması üçün vacib addımlar atır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İndoneziyanın Mədəni irs və diplomatiya idarəsinin direktoru Nəcəmuddin Ramli Bakıda keçirilən UNESCO Ümumdünya İrsi Komitəsinin 43-cü sessiyasında deyib.

O bildirib ki, ölkə hökumətinin dünya mədəni irsinin qorunmasına verdiyi töhfə şübhəsizdir.

N.Ramli, həmçinin vurğulayıb ki, sessiyadan gözləntilər çox yüksəkdir və əmin olduğunu bildirib ki, toplantıda vacib qərarlar qəbul ediləcək.