Azərbaycana qar yağıb


Digərləri 02 İyl 2019 14:19:00 224 0

Azərbaycana qar yağıb

Şimal bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, yağıntı Qusar və Quba rayonları ərazisində, dağlıq ərazilərdə müşahidə olunub.

Əraziyə yağıntı normadan artıq düşüb. Qubanın bəzi yaşayış məntəqələrində 12 saat ərzində düşən yağıntının miqdarı 30 mm ötüb. Bu da xüsusi təhlükəli meteoroloji hadisə kimi qiymətləndirilir.

Yağıntının çox olması çaylarda suyun səviyyəsini 50-70 sm-ə qədər artırıb.