İndoneziya nümayəndəsi: Azərbaycan tarixi abidələrin qorunması üçün vacib addımlar atır


Digərləri 02 İyl 2019 14:11:00 187 0

İndoneziya nümayəndəsi: Azərbaycan tarixi abidələrin qorunması üçün vacib addımlar atır

Azərbaycan dünya mədəni və tarixi abidələrinin qorunması üçün vacib addımlar atır

Bakı. Sara İsrafilbəyova - Azərbaycan dünya mədəni və tarixi abidələrinin qorunması üçün vacib addımlar atır. Trend-in məlumatına görə, bunu İndoneziyanın Mədəni irs və diplomatiya idarəsinin direktoru Nəcəmuddin Ramli Bakıda keçirilən UNESCO Ümumdünya İrsi Komitəsinin 43-cü sessiyasında deyib. O bildirib ki, ölkə hökumətinin dünya mədəni irsinin qorunmasına verdiyi töhfə şübhəsizdir. N.Ramli, həmçinin vurğulayıb ki, sessiyadan gözləntilər çox yüksəkdir və əmin olduğunu bildirib ki, toplantıda vacib qərarlar qəbul ediləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin