Azərbaycanda aparılan islahalatların əsas nəticəsi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır


Siyasət 02 İyl 2019 12:51:00 234 0

Azərbaycanda aparılan islahalatların əsas nəticəsi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır

"Azərbaycanda aparılan islahalatların əsas nəticəsi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Şurasının "Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması" adlı yeni layihənin təqdimatında Azərbaycan Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə iddiasının apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Mürvət Həsənov deyib.

M.Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamının icrası ilə bağlı bir sıra qanunlara dəyişiklik edilib.

Onun sözlərinə görə, dəyişikliklər 8 mindən artıq məhkuma şamil edilib: "Həmin şəxslərdən 2 816-sı cinayət məsuliyyətindən azad olunub. Onlardan 297 nəfəri real azadlıqdan məhrumetmə cəzasından azad edilib. 2884 şəxsin cəzası isə yüngülləşdirilib".