"Hacı Mazan" Mərkəzi Gömrük Hospitalına göndərilib


Digərləri 02 İyl 2019 12:55:00 210 0

"Hacı Mazan" Mərkəzi Gömrük Hospitalına göndərilib

Bu gün Biləsuvar rayonunda qəzaya düşən Hacı Mazan Bakıya göndərilib.

Bakı. Ceyhun Ələkbərov - Bu gün Biləsuvar rayonunda qəzaya düşən və Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalov ilkin müayinədən sonra Bakıya göndərilib. Bu barədə Trend-ə xəstəxanadan məlumat veriblər. Bildirilib ki, R.Zeynalov sürücüsü ilə birlikdə xəstəxanaya çatdırılıb. Təcili təxirəsalınmaz yardımdan sonra o, Bakıya Mərkəzi Gömrük Hospitalına göndərilib.