Kamerun nümayəndəsi: "Azərbaycanın dünya mədəni irsinin qorunmasına töhfəsi şübhəsizdir"


Siyasət 02 İyl 2019 12:01:00 218 0

Kamerun nümayəndəsi: "Azərbaycanın dünya mədəni irsinin qorunmasına töhfəsi şübhəsizdir"

"Azərbaycan zəngin tarixi olan böyük ölkədir və burada irimiqyaslı tədbirlərin keçirilməsi bunu sübut edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kamerunun nümayəndəsi Kristof Mbida Mindzi Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında deyib.

Onun sözlərinə görə, tədbir yüksək səviyyədə təşkil olunub: "Azərbaycanın dünya mədəni irsinin qorunmasına töhfəsi şübhəsizdir. Ölkə qədim tarixə malikdir və təkcə öz ərazisində yox, eləcə də qlobal miqyasda mədəni və tarixi dəyərlərin qorunması üçün mümkün olan hər şeyi edir".