Özil Türkiyə yolunda


İdman 02 İyl 2019 11:20:00 184 0

Özil Türkiyə yolunda

Arsenal-ın yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

Goal.az-ın məlumatına görə, Fenerbahçe Almaniya millisinin sabiq üzvünün keçidində maraqlıdır.

"Topçular"ın transferə çıxardığı ulduz futbolçu üçün "sarı-lacivərdlilər" qarşı tərəflə danışığa başlayıb. Həmçinin 30 yaşlı oyunçunun meneceri ilə də ilkin danışıq olub. "Fener" ona illik 7 milyon avro maaş ödəməyə hazırdı.

Türkiyə klubu Özillə birlikdə Arsenal-ın müdafiəçisi Şkodran Mustafini də transfer etmək fikrindədir.