Narkoloji mərkəzdəki yanğınla bağlı yeni


Kriminal 02 İyl 2019 11:14:00 229 0

Narkoloji mərkəzdəki yanğınla bağlı yeni

Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev, həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova və mərkəzdə müalicə alan xəstə Məmməd Məmmədovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakimi Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 15-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Məmmədov ömürlük, Telman Məmmədhəsənov 4 il, Mahir Abdullayev, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən Afət Məmmədova isə şərti cəza alıb.

Xatırladaq ki, prokuror Telman Məmmədhəsənovun 4 il, Mahir Abdullayevin 3 il 6 ay və Mməmməd Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror digər təqsirləndirilən Afət Məmmədovanın 5 il şərti cəza verilməsini istəyib.

Qeyd edək ki, ötən ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə Müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə martın 2-də, saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.